Bahar fəsli sabah - martın 20-də saat 07:49:36-da Azərbaycana qədəm qoyacaq. Bununla da ölkə ərazisində yaz fəsli başlayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Tehsil-press.az-a bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.
Rəsədxana rəsmisi əlavə edib ki, yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə həmin gün qeyd olunacaq.
Tehsil-press.az