ABŞ-da həbsdən çıxan bankir Türkiyəyə göndərildi

ABŞ-da həbsdən çıxan bankir Türkiyəyə göndərildi İyulun 19-da ABŞ-da həbsdən azad olunan “Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla Türkiyəyə göndərilib.
Türkiyəli bankir ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Bürosunun səlahiyyətli şəxsləri tərəfindən Nyu-Yorkun Kennedi hava limanına gətirilərək Türkiyə Hava Yollarına (TYH) məxsus “TK-02” tipli təyyarə ilə İstanbul aeroportuna yola salınıb.
Onu hava limanında həmçinin,Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsulu Alper Aktaş müşayiət edib.
Təyyarənin bu gün Türkiyə vaxtilə saat 11:30-da eniş edəcəyi gözlənilir.
Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.
Rza Zərrab məhkəmədə Atillanın əleyhinə ifadə vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər