Zoologiya İnstitutunda distant dərslərə başlanılıb

Zoologiya İnstitutunda distant dərslərə başlanılıb Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün ölkədə bütün ali təhsil məktəblərində tədris prosesi aprelin 20-dək dayandırılıb.
Təhsilin fasiləsizliyini təmin etmək və təhsil proqramlarını icra etmək məqsədilə digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda da dərslər distant tədris olunur.
Bu barədə Tehsil-press.az-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, distant dərslərə institutun bütün magistrləri cəlb olunur.

Tehsil-press.az

Oxşar xəbərlər