Gürcüstanda koronavirusa yoluxanların sayı 195-ə çatıb.
Bu barədə Gürcüstan hökuməti tərəfindən xəstəliyin monitorinqi üçün yaradılmış “stopcov.ge” internet səhifəsində açıqlama verilib.
Saytda qeyd olunur ki, təsdiq olunmuş 195 yoluxma hallarından 2-si ölümlə nəticələnib, 39 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4725 nəfər karantinə alınıb, 383 nəfər isə tibbi müşahidə altında saxlanılır.
Gürcüstan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, epidemiyanın pik həddə aprelin ikinci yarısında çatacağı gözlənilir.
Qeyd edək ki, Gürcüstan hökuməti aprelin 21-nə qədər ölkədə fövqəladə vəziyyət elan edib.
Tehsil-press.az