İspaniyanın Madrid şəhərində 65 ildir bərabər yaşayan 88 yaşlı evli cütlük (Xose Priyeto Serrudo və Qvadalupe Matas Ernandes) koronavirusdan sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb.
Xose martın 4-də özünü piss edib. Güclü öskürəyi olan kişi həkimə müraciət edib. Ona antibiotik yazıblar və evə göndəriblər. Martın 8-də bütün ailə toyun 65-ci ildönümünü qeyd edib. Səhərisi gün Xosenin hərarəti qalxıb, güclü baş ağrısı olub. Onu Madrid xəstəxanasına yerləşdiriblər. Koronavirus testi müsbət nəticələnib.
Bir neçə gündən sonra həyat yoldaşında analoji simptomlar yaranıb və onu da həmin xəstəxanaya yerləşdiriblər. Pasiyentlərin ayrı-ayrı otaqlarda yerləşdirilməsinə dair qaydanın olmasına baxmayaraq, ailəli cütlüyə bir palatada qalmağa icazə verilib. Qvadelupe sağalandan sonra belə, xəstəxanadan çıxmaqdan imtina edib və həyat yoldaşının yanında qalıb.
Nəhayət, martın 30-da onlar xəstəxananı tərk ediblər.
Qeyd edək ki, indiyədək İspaniyada koronavirusa 135 min insan yoluxub, 13 mindən çoxu vəfat edib. Bununla yanaşı, 40 min pasiyent sağalıb.
Tehsil-press.az