“Horizon 2020” proqramı üzrə onlayn toplantı keçirilib

“Horizon 2020” proqramı üzrə onlayn toplantı keçirilib Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə fəaliyyətini davam etdirir.
Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə MƏŞŞ üzvlərinin onlayn toplantısı keçirilib. Toplantıda Azərbaycanın elmi ictimaiyyətinin elan edilmiş və ya nəzərdə tutulmuş beynəlxalq layihələrə cəlb olunması yollarına dair müzakirələr aparılıb.
Onlayn görüşdə hazırkı vəziyyətdə “Horizon 2020” çərçivəsində yeni çağırışların elmi ictimaiyyətə çatdırılması, Azərbaycan alimlərinin layihələrinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb, distant seminar və vebinarların təşkili, o cümlədən elektron məlumatların yayılması üzrə razılıqlar əldə edilib. Sosial təcrid və xüsusi karantin rejimi müddətində MƏŞŞ üzvlərinin onlayn toplantılarının mütəmadi keçirilməsi qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər