Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elmi şurasının onlayn şəkildə iclası keçirilib.
Elmi şuranın 44 üzvünün iştirak etdiyi iclasda universitetin rektoru, professor Mustafa Babanlı gündəlikdə duran məsələlər barədə məlumat verib. Qlobal koronavirus pandemiyası ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edən rektor ölkə rəhbərliyi və dövlət strukturlarının bütün lazımi tədbirlər gördüyünü, cəmiyyətin virusa yoluxma hallarının qarşısının alınması üçün elan edilmiş karantin rejiminə əməl etməsinin vacibliyini vurğulayıb. Karantin rejimi ilə əlaqədar vətəndaşların və ölkə iqtisadiyyatının, o cümlədən sahibkarların zərər çəkməməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sosial paketin ayrıldığını söyləyən M.Babanlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını, yüzlərlə dövlət və qeyri-dövlət təşkilatının, adi vətəndaşların həmin Fonda ianə köçürdüyünü, ADNSU-nun da bu prosesdən kənarda qalmadığını qeyd edib. O, istər hüquqi şəxslərin, istərsə də vətəndaşların böyük həvəslə Fonda vəsait köçürməsini Azərbaycan cəmiyyətindəki sosial həmrəyliyin nümunəsi olduğunu bildirib.
Rektor ADNSU-da martın 29-dan onlayn şəkildə tədrisin başlandığını bildirərək tələbələr arasında karantin rejiminin tələblərinə əməl edilməsinin zəruriliyi ilə bağlı maarifləndirmə işinin aparılmasına dair tövsiyələrini çatdırıb. Universitetdə “Unibook E-təhsil” sistemi əsasında onlayn dərslərin geniş tətbiq edilməsinin əhəmiyyətini vurğulayan rektor qarşıya çıxa biləcək texniki və sair problemlərin operativ şəkildə həll edilməsi üçün universitetdə “qaynar xətt”in fəaliyyət göstərdiyini də qeyd edib.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov UFAZ-da tədrisin martın 23-dən başlayaraq onlayn qaydada aparıldığını qeyd edib. O, hazırda Fransada təcrübədə olan və “Erasmus+” proqramı çərçivəsində təhsil alan UFAZ tələbələrinin də dərslərə onlayn formatda davam etdiyini qeyd edərək onlarla mütəmadi olaraq əlaqə saxlandığını bildirib.
Sonra digər məsələlər müzakirə edilib. İclasda karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət edilməsinin vacibliyi qeyd olunub.
Tehsil-press.az