Nyu-Yorkda testdən keçməmiş 3700 nəfər koronavirusdan ölüb

Nyu-Yorkda testdən keçməmiş 3700 nəfər koronavirusdan ölüb ABŞ-ın Nyu-York şəhərində testdən keçməmiş 3700 nəfərin COVID-19 səbəbindən öldüyü ortaya çıxıb.
Bu barədə Nyu-York Şəhəri Səhiyyə Departamenti açıqlama verib.
Açıqlamada ölən insanlarda qızdırma, öskürək və nəfəs darlığı kimi koronavirus simptomlarının olduğu və xəstəxanaya yerləşdirilmədən evlərində öldükləri bildirilib.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 614,246-ya çatıb, 26,064 insan xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər