Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqat qrupları yaradılıb

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqat qrupları yaradılıb AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müştərək beynəlxalq elmi tədqiqatlar aparılır. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev Tehsil-press.az-a bildirib ki, hazırda fundamental nəzəri tədqiqatlarla əlaqədar 4 beynəlxalq tədqiqat qrupu yaradılıb. Həmin tədqiqat qrupları ilə “Skype” vasitəsilə videokonfranslar keçirilir.
“2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan laboratoriya tədqiqatları yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda bu tədqiqatların mühüm nəticələri əsasında məqalələr yazılır, “Web of Science”, “Scopus” bazasına daxil olan nüfuzlu jurnallara çapa göndərilir. Ümumilikdə bu müştərək tədqiqatların nəticələri ilə bağlı 10-15 məqalənin nəşr olunması nəzərdə tutulub”, - deyə dosent Əfsun Sucayev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər