Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqatlar genişləndiriləcək

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqatlar genişləndiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu il beynəlxalq tədqiqatlar daha da genişləndiriləcək.
Bu, həm tətbiqi, həm də fundamental tədqiqatları əhatə edəcək. Tətbiqi tədqiqatlar Ukraynanın Xarkov şəhərində yerləşən xüsusi təyinatlı müəssisələr üçün yeni sürtkü materiallarının hazırlanmasını nəzərdə tutur. Artıq əməkdaşlıq əlaqələri qurulub, sınaq işləri aparılır.
Fundamental tədqiqatlar isə ABŞ-ın Buffalo Universitetinin kompüter araşdırmalar mərkəzi ilə riyazi kimyanın inkişaf etdirilməsini, Türkiyənin aparıcı universitetləri ilə patoloji proseslərə qarşı yeni inhibitorların yaradılmasını əhatə edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər