Koronavirus (COVID-19) pandemiyasının dünyada və Azərbaycanda vüsət alması səbəbindən dövlətimiz tərəfindən ardıcıl, təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi davamı olaraq 2020-ci il martın 29-dan etibarən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə akademiyanın əməkdaşları bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib. Kataliz və Qeyri–üzvi Kimya İnstitutu öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun davam etdirir.
Elmi müəssisənin rəhbərliyi şöbə və laboratoriya müdirləri ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlayaraq onlara tapşırıq və tövsiyələrini verir. İnstitutun rəsmi veb-saytı olan "kqkiamea.az"ın əməkdaşları ölkədə karantin rejimi elan olunan gündən öz fəaliyyətini elmi müəssisənin rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq onlayn şəkildə davam etdirir. Hər gün, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, bu virusla mübarizə məqsədilə görülən tədbirləri, aparılan araşdırmaları, eləcə də, İnstitutun həyatında baş verən yenilikləri işıqlandırır.
Həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantları üçün dərslər onlayn formada davam etdirilir. Bundan əlavə, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.
Qeyd olunub ki, institutun elmi işçiləri 2020-ci il üçün nəzərdə tutulan laboratoriya tədqiqatlarını karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində yerinə yetiriblər. Hazırda aparılan elmi-tədqiqat işləri emal edilir və alınan nəticələr əsasında məqalələr hazırlanır. Artıq 10-dan çox məqalə çapa qəbul edilib. İnstitutun iki elmi jurnalı - “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” da öz fəaliyyətlərini onlayn formada davam etdirir. Daxil olan məqalələr rəyə göndərilir və redaksiya üzvlərinin onlayn müzakirəsinə verilir. Hər iki jurnalın növbəti nömrələrinin çapa hazırlığı ilə bağlı işlər gedir.
İnstitutda fəaliyyət göstərən iki beynəlxalq laboratoriya da karantin dövrünə qədər apardıqları elmi-tədqiqatların nəticələrini xarici həmkarları ilə onlayn rejimdə müzakirə edir və növbəti mərhələləri planlaşdırırlar.
Tehsil-press.az