Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər

Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər.
“Heydər Əliyev və elmin inkişafı” və “Azərbaycan mədəniyyəti tarixi” kitabları üzərində iş gedir.
Tarixçi alim Tamilla Kərimova-Kocayeva isə “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi (1920-2020-ci illər)” və “Azərbaycan elmi bioqrafik oçerklərdə” kitabları üzərində işləyir.
Bundan başqa, tarixçi alimlər “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Sürməli tarixi”, “Daşnaksutyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “II Dünya müharibəsindən sonrakı illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının siyasi zəmini”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar.

Tehsil-press.az

Oxşar xəbərlər