AMEA-nın Yüksək Texnologiyalar Parkı “Kitab" layihəsinə dəstək verəcək

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Kitab Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzi “Kitab" layihəsinin inkubasiya proqramını qəbul edib.
Mərkəz layihə komandasını iş mühiti ilə təmin edəcək. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlarla görüş təşkil olunacaq.
Qeyd edək ki, layihə cəmiyyətdə mütaliənin təbliği, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi bir funksiyaları icra edən online platformadır.

Tehsil-press.az

Oxşar xəbərlər