UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası Aprelin 6-dan UNEC-də distant dərslərin evdən tədrisinə başlanılıb.
Distant tədrisin evdən təşkili məqsədilə 215 yeni lisenziya əsasında virtual auditoriyalar yaradılıb, tədris materialları müəllimlərin şəxsi kabinetlərinə, dərs cədvəlləri isə müəllim və tələbələrin şəxsi kabinetlərinə yüklənib, müəllimlər üçün virtual təlimlər keçirilib.
Distant dərslərin evlərdən təşkilinin bakalavr, magistratura səviyyəsi və Zaqatala filialı üzrə aprelin 13-dək olan statistikasına əsasən, dərslərin birinci həftəsində 98 faiz, ikinci həftəsində isə 100 faiz nəticə əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər