Fiziologiya İnstitutunda son 10 ildə əldə olunmuş mühüm elmi nəticələrin xülasəsi tərtib edilib

Fiziologiya İnstitutunda son 10 ildə əldə olunmuş mühüm elmi nəticələrin xülasəsi tərtib edilib Respublikada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar AMEA Fiziologiya İnstitutunun elmi-təşkilati fəaliyyətinin tənzimlənməsi istiqamətində müəyyən işlər görülüb.
Laboratoriyaların iş planlarında müvafiq dəyişikliklər edilib. İnstitutun elmi işlərinin əsasını eksperimental tədqiqatlar təşkil etdiyi üçün bu dəyişikliklər, ilk növbədə, təcrübələrin aparılması ilə bağlı fəaliyyətdə əksini tapıb. Yaranmış vəziyyətlə əlaqədar əvvəlcədən planlaşdırılmış bütün təcrübələr təxirə salınıb. Karantin müddətində təcrübədə olan eksperimental heyvanlar institutun vivarisinə köçürülüb, onlara qulluq etmək məqsədilə bəzi əməkdaşlara xüsusi qrafik üzrə işə çıxmaq üçün icazə verilib.
Bu müddətdə institutun elmi potensialı son illər əldə edilmiş nəticələrin təhlili, ümumiləşdirilməsi, eləcə də icmal və məqalələrin hazırlanmasına, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsindən, AMEA Rəyasət Heyəti aparatından gələn qərar və sərəncamların, tapşırıqların icrasına yönəldilib. Son 10 ildə Fiziologiya İnstitutunda əldə edilmiş ən mühüm elmi nəticələrin xülasəsi hazırlanıb və bölməyə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər