Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin və AMEA-nın Dendrologiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Akademiyanın həqiqi üzvü İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Bölmənin elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov iştirak ediblər.
İclasda AMEA-nın Dendrologiya İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat məruzəsi dinlənilib.
Məruzəçi Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət proqramlarının icrası ilə əlaqədar AMEA-nın Dendrologiya İnstitutunda yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. Hesabat ilində 1 problem, 8 mövzu, 14 iş, 38 mərhələ üzrə aparılan elmi tədqiqat işləri və alınan nəticələr təqdim edilib. Tətbiq olunmuş elmi nəticələr, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında məlumat Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib. Cari ildə institutun beynəlxalq əlaqələri xeyli genişlənib. İnstitutun əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak ediblər. O, tədbirdə institutun nəşriyyat fəaliyyətini qeyd edərək bildirib ki, bu il yüksək nüfuzlu impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı xeyli artıb.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, elmi tədqiqatların müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarda aparıldığını qeyd edib.
Bildirilib ki, 2019-cu ildə Azərbaycan dendroflorasının hərtərəfli monitorinqi aparılıb, 89 fəsilə, 5 yarımfəsilə, 266 cinsə aid 1141 növ bitkinin təbii və mədəni şəraitdə yayılması təyin edilib. Tədqiq olunan növlər APG III-IV sisteminə əsasən qruplaşdırılıb, yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiqi sahələri verilib. Tədqiqatın nəticəsi olaraq, ilk dəfə Azərbaycan dendroflorası ilə bağlı beşcildliyin V cildi çapdan çıxıb.
Dənizkənarı Milli Parkda müşahidələr aparılıb, 51 fəsilə, 78 cins və 97 növ dekorativ ağac, kol və ot bitkiləri aşkar edilib. Onların herbariləri toplanaraq taksonomik tərkibi təyin edilib, yaşıllaşdırmada dekorativ əlamətlərinə görə qruplaşdırılıb. Pinus eldaica və Gleditsia caspia Desf. növləri üzərində aparılıb. Qüsurların yerini və ölçüsünü qiymətləndirmək məqsədilə Rinntech (Heidelberg, Almaniya) tərəfindən hazırlanmış 2D görüntülü tomoqrafik avadanlıqdan (Arbotom®) istifadə edilib. Bu cihaz vasitəsilə gövdəyə elektrik impulsları ötürülüb və bitkidə gedən proseslərin ardıcıllığı və ziyanvurma dərəcəsi təyin edilib. Bitkiyə illər üzrə təsir edən mühit amillərinin təsiri çürümə prosesinə səbəb olması müəyyənləşdirilməklə növün xəstəliyinə və inkişafına mane olan səbəblər aradan qaldırılıb.
Hesabat məruzəsi ətrafında çıxış edənlər institutun fəaliyyətinin və nəticələrin qənaətbəxş olduğunu bildiriblər.
Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilərək hesabatın qəbul olunmasına dair qərar qəbul edilib.
Tehsil-press.az