Peşə təhsili məzunlarının ali məktəblərə birbaşa qəbulu üzrə mexanizm hazırlanır

Peşə təhsili məzunlarının ali məktəblərə birbaşa qəbulu üzrə mexanizm hazırlanır 2025-ci ilədək Azərbaycanda yüksək nəticələr göstərən peşə təhsili məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarından keçmədən birbaşa qəbul edilmələri üzrə müvafiq mexanizm hazırlanacaq.
Bu, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrası nəzərdə tutulan 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda öz əksini tapıb.
Mexanizmə əsasən peşə təhsili müəssisələrinin məzunlarının uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilini davam etdirmələri üçün güzəştlər tətbiq ediləcək.
Əvvəl pilot olaraq bir neçə ixtisas üzrə informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin (kompetensiyaların) tanınması həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən Azərbaycanda peşə təhsili və təlimi sektoru üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasını nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər