Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər Məktəbinin növbəti seminarı onlayn şəkildə keçirilib.
Seminara universitetin dekanlıq, kafedra, habelə ayrı-ayrı şöbələrindən 50-yə yaxın müəllim və əməkdaş qoşulub. İlk seminar Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Səyavuş Gözəlov tərəfindən keçirilib. Seminarda müəllimlərin məlum vəziyyətlə əlaqədar onlayn tədrisə münasibəti, dərslərin keçirilmə qaydaları, müəllimlərin bu dərslərə hazırlıq prosesi, onlayn sistemdə tədris zamanı yaranan metodiki problemlər, tələbələrin dərslərə cəlb olunması və həvəsləndirilməsi kimi məsələlər müzakirə olunub.
Seminar mövzuya dair suallarının cavablandırılması ilə davam edib.
Sonda seminar iştirakçıları belə bir təlimin təşkilində əməyi keçən professor-müəllim heyətinin üzvlərinə təşəkkürlərini bildiriblər.
Tehsil-press.az