Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələrinə dair onlayn müzakirələr aparılıb

Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələrinə dair onlayn müzakirələr aparılıb Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq ali və orta təhsil müəssisələrində tədrislə yanaşı, bütövlükdə iş prosesi onlayn rejimə keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün strukturları da yeni qaydalara uyğun olaraq onlayn rejimdə çalışır.
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva Xarici əlaqələr şöbəsi ilə birgə növbəti onlayn toplantısını keçirib. Toplantıda universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti, müxtəlif mübadilə proqramlarına qoşulan tələbələrimizin hazırkı təhsil şəraiti, tərəfdaş universitet və qurumlarla əlaqələr müzakirə olunub. Eyni zamanda, iclasda qarşıda duran problemlər və onların mümkün həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Sonda N.Abdullayeva növbəti toplantıya qədər təklif və tapşırıqlarını verib.

Tehsil-press.az

Oxşar xəbərlər