Bakı Mühəndislik Universiteti (BMU) rektorluğunun növbəti onlayn iclası keçirilib.
İclasda BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində atılan qətiyyətli addımları vurğulayıb. Rektor həyata keçirilən çevik və düşünülmüş tədbirlərə görə BMU-nun çoxsaylı kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra iclasda karantin dövrü ərzində BMU-da tədrisin onlayn təşkili məsələsi ətraflı müzakirə olunub. BMU tələbələrinin böyük əksəriyyətinin Google Classroom platformasından istifadəsinin və onlayn tədrisə cəlb olunmasının təmin edildiyini qeyd edən rektor Havar Məmmədov bildirib ki, fənlərin sillabusları, dərs materialları, slaydları, video materialları bu platformaya yüklənib, video dərslərin təşkili və aparılması üzrə metodiki kömək vasitəsi olacaq video təlimatlar hazırlanaraq Youtube portalında yerləşdirilib, tədris olunan fənlərin, ümumilikdə 98%-i onlayn formada təşkil olunub.
Təhsilin davamlılığını təmin etmək məqsədilə artıq üçüncü həftədir təşkil edilən onlayn dərslər üzrə göstəriciləri diqqətə çatdıran rektor onlayn dərslərə 1-ci həftə tələbələrin 83 %-nin, 2-ci həftə 87 %-nin, 3-cü həftə isə 88 %-nin qatıldığını bildirib. Onlayn dərslərə qoşula bilməyən tələbələrə də tədrisin verilməsi istiqamətində işin aparılmasının vacibliyini vurğulayıb.
İclasda yarana biləcək problemlərlə bağlı müzakirələr aparılıb, prorektorların, dekanların, kafedra müdirlərinin, tədrislə bağlı müvafiq strukturların rəhbərlərinin rəy və təklifləri dinlənilib.
Çıxışlar zamanı onlayn tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsi, qarşıdan gələn imtahanlara mümkün hazırlığın aparılması və digər məsələlər müzakirə olunub. Müvafiq strukturların rəhbərlərinə lazımi göstərişlər verilib.
Tehsil-press.az