Koronavirus pandemiyasından faydalanan 3 ölkənin adı açıqlandı

Koronavirus pandemiyasından faydalanan 3 ölkənin adı açıqlandı “CNBC”nin sorğusunda iştirak edən ekspertlər koronavirus pandemiyasından faydalanan üç ölkənin adını açıqlayıblar.
Onlar - Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyadır, hansıların ki, milli valyutaları investorların etimadı fonunda son vaxtlar möhkəmlənib.
“Yeni Zelandiya və Avstraliya COVID-19-a çox effektiv nəzarət edir və iqtisadiyyatlarını yenidən başlatmağa hazırdırlar”, - “CNBC” “BK Asset Management”in valyuta strategiyası üzrə direktoru Keti Liyenin sözlərini sitat gətirir.
Məqalədə qeyd olunur ki, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya koronavirusu aradan qaldıra bilən azsaylı ölkələrdən biridirlər. Onların uğuru investorların etimadını yüksəldib, valyutalar isə bu ilin əvvəlindən xeyli artıblar.
Effekt Asiya-Sakit okean regionunun digər ölkələri (hələ də pandemiyanın nəticələrini aradan qaldıra bilməyən) fonunda xüsusi ilə nəzərə çarpır. Həmçinin qeyd olunur ki, hər üç ölkədə koronavirus sənaye sahələrinin çox hissəsinə toxunmayıb, hakimiyyət isə vaxtında reaksiya verməyə və zərərçəkənləri dəstəkləmək üçün büdcənin xərclərini vaxtında artırmağa müvəffəq olub.

Tehsil-press.az

Oxşar xəbərlər