“Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir

“Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
Layihə çərçivəsində hazırlanmış 4-cü videoçarxda Bakı şəhəri 275 nömrəli tam orta məktəbin psixoloqu Aysel Novruzova “Uşaqlarda yanlış davranışları bacarığa necə çevirək?” mövzusunda tövsiyələrini təqdim edir. Videoçarxla layihənin “YouTube” səhifəsində tanış olmaq mümkündür.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan məktəblilər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər