Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgiyə start verilib

Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgiyə start verilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgiyə start verilib.
Sərginin keçirilməsində əsas məqsəd xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdən ibarətdir.
Xatırladaq ki, hər il Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb. Sərgidə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işləri idarənin rəsmi internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə nümayiş olunacaq. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri yer alacaq.
Virtual sərginin mayın 10-dək davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər