Dünya tarixinin gedişini, onun siyasi xəritəsini, insanların və xalqların taleyini dəyişdirən İkinci Dünya müharibəsinin başa çatmasından 75 il keçir. Faşizm üzərində Qələbə günü bu müddət ərzində məzmununu və möhtəşəmliyini hələ də qoruyub saxlamaqdadır. Qələbə qazanmaq üçün həyatlarını qurban verməyə hazır olan insanlar istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər gün fədakarlıq edərək əsil qəhrəmanlara çevrilmişdilər. Qələbə bütün xalqın birlikdə əzmkarlığı nəticəsində əldə edilmişdi.
Qələbənin 75 illik tarixi... Bu həm də Qələbənin əldə olunmasında yer alan hər bir xalqın tarixinin bir parçasıdır. Azərbaycan, bəşəriyyəti nasizmin əsarəti altına düşmək təhlükəsindən xilas edənlərin sırasında olmaqla tarixinin ən möhtəşəm səhifəsini yazmışdır. Ərazisinin miqyası və əhalisinin sayına görə dünya miqyasında elə də böyük dövlət olmayan Azərbaycan müharibədə Qələbənin əldə edilməsinə bütün maddi və insan resursları ilə nəhəng töhfəsini vermişdir.
Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamasına təhrik edən ən mühüm amillərdən biri Bakı neftinin əldə edilməsi istəyi olmuşdur. Neft müharibə dövründə sadəcə bir məhsul olmamış, eyni zamanda hərbi əməliyyatların aparılması və onların uğurunun təmin edilməsi üçün mühüm zəmin rolunu oynamışdır. Məhz buna görədir ki, 1939-1945-ci illərdə Bakı şəhərinin və onun neft mədənlərinin məhv edilməsi vuruşan dövlətlərin bəzilərinin siyasi-hərbi dairələrində müzakirə olunmuşdu. II Dünya müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Sovet İttifaqının ən mühüm arxa cəbhələrindən birinə çevrildi. Müharibə illərində sovet ordusunun sərf etdiyi 17 mln ton neft məhsullarının 13 mln tondan çoxu Azərbaycanda istehsal olunmuşdu. Bu dövrdə SSRİ-də hasil olunan neftin ¾-nü, 75 mln tonunu Azərbaycan vermişdi. Bakının neft emalı zavodlarında istehsal olunan 1 mln tondan artıq yüksək oktanlı təyyarə benzini hərbi əməliyyatların gedişində sovet hərbi aviasiyasının səmada üstünlüyünü təmin etmişdir. Sovet ordusunda hər 5 təyyarə, tank və avtomobilin 4-ü Bakıda istehsal olunan benzin ilə çalışırdı. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan cəbhədəki sovet ordularının həyata keçirdikləri ən mühüm hərbi əməliyyatlarında onları kifayət qədər neft məhsulları ilə təchiz etmişdir. Alman faşist qoşunları Azərbaycan sərhədlərinə doğru sürətlə yaxınlaşdıqları və SSRİ hökumətinin Bakıdan bütün neft qazma avadanlıqlarını, kadrları və neft maşınqayırması zavodlarının bir hissəsini Volqa çayından şərqdə yaratmağa çalışdığı “İkinci Bakıya” daşıdığı dövrdə belə Azərbaycan neftçiləri ölkə qarşısında öhdəliklərini vaxtında və artıqlaması yerinə yetirmişdilər. Sovet sərkərdələrinin Azərbaycan neftinin müharibədə qələbəyə verdiyi əvəzedilməz töhfəsi haqqında dəyərli fikirləri xalqımızın əzmkar fəaliyyətinə verilən qiymət hesab edilə bilər.
Bakının alman qoşunları tərəfindən işğal ediləcəyi təqdirdə müharibənin gedişində SSRİ-yə sarsıdıcı və həlledici zərbə vuracağı şübhəsiz idi. Alman qoşunlarının 1942-ci ilin yazından etibarən başladıqları hərbi əməliyyatın son hədəfi kimi Bakı müəyyən edilmişdi. Alman kəşfiyyat təyyarələri 1942-ci ilin mayından etibarən Bakının səmasına soxulmağa başlamışdı. Onları şəhərin müdafiəsi ilə yanaşı, Azərbaycanın digər sənaye mərkəzlərinin müdafiəsi haqqında müfəssəl foto-məlumatlar toplamışdılar. Lakin Almaniyanın tankları Qafqaz dağları ətəkləri yaxınlığında yanacağın qurtarması səbəbindən dayanmalı oldular. 1942-ci ilin yayın sonlarında da Avropanın ən yüksək dağ zirvəsinə çıxan alman döyüşçüləri fürerləri üçün “edelveys”i - nefti əldə edə bilmədilər.
Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə milli diviziyalardan geniş istifadə olunması Böyük Vətən müharibəsinin tarixində nadir hadisə idi. Alman faşist ordularının işğalı altında qalmış sovet ərazilərində təqribən 6 mln nəfər hərbi mükəlləfiyyətli qaldığı üçün sovet ordularının yeni kontingent ilə təmin olunması əsas etibarı ilə Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların üzərinə düşürdü. Azərbaycandan orduya çağırılmış döyüşçülərdən 77-ci, 402-ci, 223-cü, 416-cı və 271-ci milli atıcı diviziyalar təşkil olunmuşdu. Bir sıra hərbi birliklərdə - 217-ci, 227-ci və 151-ci atıcı diviziyalarda isə azərbaycanlılar şəxsi heyətin əksər hissəsini təşkil edirdilər. 1939-cu ilə kimi azərbaycanlıların əksəriyyətinin hərbi xidmətdən kənarda qalması onların döyüş bacarıqlarına malik olmaqdan məhrum etdiyi üçün hərb elminin əsaslarını səngərlərdə öyrənməli olurdular. Bu isə öz növbəsində, azərbaycanlı döyüşçülər arasında çoxlu itkilərə səbəb olurdu. Döyüşlərdə göstərdikləri rəşadət və cəsarətlərinə baxmayaraq bir çox hallarda azərbaycanlı döyüşçülərin dövlət təltifləri ilə mükafatlandırılması komandanlıq tərəfindən “unudulur”, ya da başqalarına nəsib olurdu. Lakin azərbaycanlılar harada vuruşmaqlarından asılı olmayaraq cəbhənin müdafiə xəttini həmçinin Azərbaycanın da müdafiə xətti kimi dəyərləndirirdilər.
1941-ci ilin iyununda sayı 3,3 mln nəfər təşkil edən Azərbaycan əhalisinin 1,2 mln nəfəri hərbi səfərbərlik üçün müəyyən edilmiş 20-50 yaşlarında olduğu üçün müharibənin ilk həftəsində 40 min nəfər könüllü olaraq orduya səfərbər olundu. 1941-1945-ci illərdə Azərbaycandan ordu və donanmaya səfərbər olunan 640 min nəfərdən (əhalinin 19,4%) 350 mindən çoxu, yəni səfərbər olunanların 54,7%-i müharibədən qayıtmadı. Respublika əhalisi həmçinin, yerli hərbi birləşmələrdə də xidmət edirdilər. Təqribən 200 min nəfər xalq qoşunlarına daxil olmuşdular. Qırıcı batalyonlarda və onlara yardım qruplarında 40 min nəfər, hava hücumundan yerli müdafiə dəstələrində isə 15 min nəfər xidmət edirdi. Hərbi səfərbərliyin geniş miqyas alması Azərbaycanın demoqrafik vəziyyətinə mənfi təsir göstərdi. 1944-cü il yanvarın 1-ə olan məlumata görə respublika əhalisinin sayı 2,9 mln nəfər olduğu halda, 1946-cı ildə isə bu rəqəm 2,7 mln nəfər oldu. Azərbaycan əhalisinin müharibədən əvvəlki səviyyəyə çatması yalnız 1955-1956-cı illərdə mümkün oldu.
Azərbaycanın xalq təsərrüfatı tamamilə müharibə şəraitinin tələblərinə müvafiq şəkildə qurulmuşdu. Bakının sənaye müəssislərində 130-dan çox adda silah-sursat və hərbi texnika növləri istehsal olunurdu. Respublikanın kənd təsərrüfatı əhalisi dövlət tərəfindən müəyyən edilmiş yüksək normalı tapşırıqları yerinə yetirirdilər. İstehsal olunan kənd təsərrüfatı məhsulları - taxıl, ət, süd, yağ və s. son qramınadək cəbhənin ehtiyaclarına yönəlirdi. Hətta məktəblilər və təqaüdçülər də ölkənin qələbəyə doğru inamlı addımlar atması üçün üzərlərinə düşən öhdəlikləri fədakarlıqla yerinə yetirirdilər. Respublika əhalisi Müdafiə fonduna dəyəri 100 milyon manatlar ilə ölçülən yardım göstərmiş, tank kolonları və təyyarə eskadrilyası, həmçinin zirehli qatarın istehsalı üçün vəsait toplamışdılar. Bu, Vətənin azadlığının və xalqın şərəfinin müdafiə olunması məqsədi ilə aparılan əsl ümumxalq mübarizəsi idi.
Zaman ötür, həmin möhtəşəm Qələbə günündən bizi artıq 75 il ayırır, bu dəhşətli müharibənin qanlı-alovlu günlərini öz gözləri ilə görmüş veteranların sıraları seyrəlir. Təəssüflər olsun ki, onların özlərindən sonrakı nəsillərə ötürdükləri mirasın qorunub saxlanılması mümkün olmadı. Bir vaxtlar azğın düşmənə qarşı səngərdə çiyin-çiyinə vuruşanların nəvələri və nəticələri post-sovet məkanında gedən müharibələrdə və münaqişələrdə həyatlarını itirməkdədirlər. Nasizmi beşiyində məhv edənlərin bəzilərinin varisləri onun mənfur ideologiyasının ehkamlarını özlərinə bayraq edərək qonşu xalqlara qarşı etnik təmizləmə siyasəti aparır, yaşayış məntəqələrini və mədəniyyət abidələrini məhv edirlər. Təəssüflər olsun ki, alman nasistlərinin də həsəd apara biləcəkləri bu vəhşiliklər nasizmə qalib gəlmiş xalqların laqeyd münasibəti səbəbindən daha da geniş miqyas almağa başlamışdır.
Qələbə günü nəsilləri birləşdirən bayramdır. Biz tariximizi xatırlayır və onunla fəxr edirik! Bizim borcumuz özünü birliyi və mütəşəkkilliyi, zəhmətsevərliyi və fədakarlığı, Vətənə hədsiz məhəbbəti ilə ölkənin sülh, azadlıq və istiqlaliyyətini təmin edən xalqın şücaəti haqqında xatirəni qoruyub saxlamaqdır.
İkinci Dünya müharibəsində həlak olan babaların və onların Qarabağda döyüşlərdə şəhid düşən oğul və nəvələrinin əziz xatirələrini dərin ehtiramla yad edirik.
Qələbə bayramınız mübarək, əziz qaliblər və onların qələbə arzusu ilə hər zaman özlərini döyüş meydanına atmağa hazır olan varisləri!
Rövşən Hətəmov
BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının dosenti