AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) üçün strateji planın hazırlanmasına dair bu qurumla Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə telekonfransı keçirilib.
Tədbirdə YT Parkın baş direktoru, akademik Əli Abbasov, ümumi və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri Bünyamin Seyidov, innovasiyalar üzrə ekspert Vüsal Süleymanlı, eləcə də Seul Universitetinin professoru Myungdo Oh, STEPI-nin Qlobal innovasiya strategiyası şöbəsinin baş direktoru Vangdong Kim, Daejeon Texnoparkının Siyasət planlaşdırma idarəsinin rəhbəri Sangho Choi və Hanbat Milli Universitetinin professoru Jongin Choi iştirak ediblər.
Telekonfransın keçirilməsində əsas məqsəd YT Parkın strateji inkişafı və Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi, Parkın daxili idarəetmə sistemi, texnologiyaların transferi və kommersiyalaşdırılması, o cümlədən biznes inkubasiya və startapların inkişafı ilə bağlı müzakirələr aparılması olub.
Qeyd edək ki, STEPI Koreya Respublikasının uğurlu innovasiya siyasətinin formalaşdırılmasında aparıcı rola malikdir. Eləcə də bu sahədə qazanılan zəngin təcrübənin (K-Innovations) digər ölkələr ilə bölüşdürülməsi üzrə lider təşkilatdır.
Tədbirdə qeyd olunub ki, AMEA YT Park ilə birgə layihələrin həyata keçirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında Koreya təcrübəsindən bəhrələnmək, həmçinin tərəflər arasında bilik və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar açacaq.
Bildirilib ki, 2017-ci ildən etibarən STEPI-nin Azərbaycanda rəsmi tərəfdaşı olan YT Park elmin kommersiyalaşdırılması, texnologiyaların transferi, innovasiya siyasətinin formalaşdırılması istiqamətlərində bir çox proqramlar, xüsusilə bu sahədə insan resursunun inkişafı üçün yeni layihələr icra edib. 2019-cu ildə STEPI ilə əməkdaşlıq çərçivəsində baş tutmuş sonuncu layihə isə Azərbaycanda texnologiyaların transferinin təşviqi mövzusuna həsr olunub.
Telekonfransda innovasiya və iqtisadiyyatda yüksək texnologiyaların tətbiqi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq olunmasının vacibliyi də vurğulanıb.
Onlayn tədbirdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Həmçinin strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik YT Parkda strateji planın tətbiqinə dair təkliflər səsləndirilib.
Tehsil-press.az