Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi institutda fəaliyyət göstərən əməkdaşların müəllifi olduqları innovativ layihələrin və onların gələcəkdə kommersiyalaşdırılması üzrə təkliflərin müzakirəsi olub.
YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisənin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradıldığını bildirib. O, YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq olaraq vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu, əlverişli infrastruktur şəraitinin yaradıldığını, torpaq, istehsal sahələri, anbar və s. təqdim edildiyini, hüquq, mühasibat, marketinq, ketrinq, mühafizə, internet, konsaltinq və digər xidmətlərin göstərildiyini diqqətə çatdırıb.
NKPİ-nin direktoru, akademik Vaqif Abbasov institutda patentləşmiş elmi-tədqiqat işlərinin 90 faizinin təcrübədə və istehsalatda tətbiq edildiyini və kommersiyalaşdığını bildirib.
Görüşdə institutun alimləri tərəfindən hazırlanmış bir neçə innovativ layihənin təqdimatı olub, iki müəssisə arasında iqtisadi, elmi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edilib ki, NKPİ-də aparılan elmi-tədqiqat işlərindən əldə olunan innovativ nəticələr “İnkor” MMC-də sınaqdan keçirilir və müvafiq sahələrdə tətbiq edilir. Müzakirələrdə “İnkor” MMC-nin YT Parkda rezidentlik statusu almasının məqsədəuyğunluğu, vergi və digər güzəştlərdən faydalanması, həmçinin gələcəkdə burada elm tutumlu məhsulların istehsalının genişləndirilməsi vurğulanıb.
Tehsil-press.az