AMEA-nın Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri olan “Buta Armor” və “EPC Group” MMC-nin rəhbərləri ilə görüşüb.
Görüşdə YT Parkın rezidentləri gələcəkdə istehsal edəcəkləri məhsullar barədə məlumatlandırılıb, birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə bildirilib ki, YT Parkda rezidentlər üçün yaradılan infrastruktur təminatı, vergilərdən və gömrük rüsumlarından azadolmalar onlara investisiya xərclərinə qənaət etməyə imkan verir və bu, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə, eləcə də keyfiyyətin yüksəldilməsinə şərait yaradır.
Daha sonra “Buta Armor” və “EPC Group” MMC-nin rəhbərləri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə məlumat verib, mövcud və gələcək layihələr haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə YT Parkın direktoru, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və bu qurumun direktor müavini Məmməd Bağırzadə də iştirak ediblər.

Tehsil-press.az





Oxşar xəbərlər