Bakı Xoreoqrafiya Akademiyasında 700-dən çox tələbə distant təhsildən yararlanıb

Bakı Xoreoqrafiya Akademiyasında 700-dən çox tələbə distant təhsildən yararlanıb COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə işlərinin dayandırılmasından sonra Bakı Xoreoqrafiya Akademiyası (BXA) distant təhsil vasitələrindən yararlanaraq onlayn videodərslər təşkil edib.
Bugünədək 700-dən çox şagird və tələbə təhsillərini distant formada müvəffəqiyyətlə davam etdirir.
BXA-nın bütün təhsil pillələrində nəzəri fənlərin mühazirələri və ixtisas fənlərinə dair onlayn dərslər “Skype”, “WhatsApp”, “Mikrosoft Teams” proqramları vasitəsilə, videodərslər isə akademiyanın rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsindən həm müəllim-tələbə heyətinə, həm də geniş ictimaiyyətə nümayiş etdirilir.
Dərslərin proqramdan geri qalmamasını təmin etməkdən ötrü əyani təhsilin alternativi kimi qəbul edilərək tətbiq edilən distant təhsil formasının köməyilə bu günədək Bakı Xoreoqrafiya Akademiyası bütün pillələr üzrə ümumi fənlərlə yanaşı, ixtisas fənlərinin onlayn yayımlanmasını uğurla həyata keçirir. Akademiyanın şagird və tələbələri xoreoqrafiya, baletmeyster, rəqs müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, musiqi müəllimliyi, menecment, sənətşünaslıq və sair ixtisaslar üzrə tədris olunan müxtəlif fənləri onlayn dərslərin köməyilə mənimsəyiblər.
Dərslərin keyfiyyətini təmin etməkdən ötrü hər vasitədən istifadə olunur və onlayn dərslərin xüsusi karantin rejiminin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər