Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “İdeal elmi rəhbər və keyfiyyətli dissertasiya işi necə olmalı?” mövzusunda onlayn beynəlxalq seminar keçirilib.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov mövzunun aktuallığından danışıb. Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov dissertasiya işinin hazırlanmasında əsas meyarları, elmi işin keyfiyyətinə təsir edən amilləri açıqlayıb.
Seminarda keyfiyyətli dissertasiyanın hazırlanma qaydaları, texnologiyası, plagiatlığa qarşı mübarizə, uğurlu tədqiqat işləri, qoyulan tələblər, beynəlxalq elmi bazalardan istifadə qaydaları, aprobasiya olaraq qəbul edilə bilən konfranslar, tədqiqatçının pedaqoji fəaliyyəti barədə maraqlı fikirlər səsləndirilib.
Eyni zamanda, yerli və beynəlxalq ekspertlər tərəfindən doktoranturaya qəbul qaydaları, tədris planı, elmi rəhbərlik, doktorantların tədqiqat proseslərinin izlənməsi, doktorantura maliyyə təminat mexanizmi, psixoloji mühit və tədqiqatçının elmi pedaqoji təcrübəsi müzakirə olunub. Bildirilib ki, kafedralar doktorant və dissertantlarla görüşlər keçirməli, doktorantura şöbəsi bu prosesi koordinasiya etməli, rəhbərin 10-dan çox doktorant və dissertantı olmamalı, tədqiqatçılara elmi məqalə və tezislər yazılması, tədris ili müddətində tədqiqat işinin aparılması üsulları barədə maarifləndirici təlimlər keçirilməli, universitetin tədqiqat mərkəzlərində doktorant və dissertant yetişdirməli, onlara dəstək mərkəzi yaradılmalıdır.
Seminara Türkiyə və Almaniyadan alimlər, UNEC-in Zaqatala filialından, Azərbaycan Dövlət Aqrar, Mingəçevir və Gəncə Dövlət universitetlərindən yüzdən çox nümayəndə qoşulub.
Tehsil-press.az