AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin distant iclası keçirilib.
Onlayn rejimdə keçirilən iclasın gündəliyində duran əsas məsələ şöbə əməkdaşlarının 2020-ci ilin ilk dörd ayı ərzində fəaliyyətinin müzakirəsi olub.
İclasda hesabat dövrü ərzində çap olunan və mətbuat səhifələrində öz əksini tapan kitab və məqalələrin müzakirəsi ilə yanaşı, hal-hazırda yekunlaşdırılan və çapa hazırlanan tədqiqat materialları haqqında da ətraflı bəhs olunub.
Qeyd edilib ki, bu müddət ərzində şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar ədibin Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan, indiyədək nəşr olunmayan əsərlərinin müəyyən həcmini transfoneliterasiya edib. Bundan əlavə, N.Səmədova tərəfindən Məmməd Səid Ordubadinin Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan Nizami Gəncəvi haqqında məqalələri də nəşrə hazırlanıb.
Şöbə əməkdaşlarından aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva “Firidun bəy Köçərli arxivinin təsviri”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova “Azər Buzovnalı arxivindən açılmayan səhifələr - I (Məqalələr və məktublar)”, kiçik elmi işçi Nuranə Salmanova “Erməni hərəkatının tarixçəsi” adlı kitabları nəşrə hazırlayıblar.
İclasda şöbədə fəaliyyət göstərən tədqiqatçıların üzərində işlədikləri elmi iş və məqalələr ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az