Kolumbiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan ümummilli karantin rejiminin mayın 31-dək uzadılması barədə qərar qəbul edib. Bu barədə Prezidenti İvan Duke Boqotda çıxışı zamanı bildirib.
Kolumbiya lideri əlavə edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi avqustun 31-dək qüvvədə qalacaq. Duke, həmçinin bildirib ki, ölkə nə daxili, nə də xarici aviauçuşları iyunun 30-dək bərpa etməyəcək.
Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-da qeydə alınıb. Mayın 19-na olan məlumata əsasən, ölkədə ümumilikdə 16 935 yoluxma, 613 ölüm halı qeydə alınıb, 4 050 nəfər sağalıb.
Tehsil-press.az