“Azərikimya” İstehsalat Birliyinin strukturuna daxil olan "Etilen-Polietilen" zavodu direktorunun müavini Natiq Beydullayev, baş metroloq Zeynal Quliyev və insan resursları departamentinin rəhbəri Mehri Əsədova ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib. Məqsəd bu ali məktəbin tələbələrini zavod və onun fəaliyyəti, zavodun istehsal-təcrübə proqramları və işə cəlbolunma prosesi ilə bağlı məlumatlandırmaq olub.
Rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, statistik göstəriciləri barədə qonaqlara məlumat verib.
Daha sonra zavodun nümayəndələri BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbə və məzunları ilə görüşüblər.
Görüşdə N.Beydullayev "Etilen-Polietilen" zavodu və onun gördüyü işlər barədə geniş təqdimatla çıxış edib, tələbələri zavodun buxar generator kompleksi, susoyutma, azot-oksigen qurğuları ilə bağlı məlumatlandırıb. Zavodun proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə böyük ehtiyac duyduğunu deyən N.Beydullayev hazırda yeni işçiləri maraqlandıracaq təkmilləşmə və yenidənqurma layihələrinin də olduğunu söyləyib.
Baş metroloq Z.Quliyev bundan öncəki illərdə də BANM-in tələbələrinin zavodda istehsalat təcrübə proqramlarında iştirak etdiklərini, bilik və bacarıqları ilə fərqləndiklərini bildirib.
Sonda zavodun nümayəndələri tələbələrin suallarını cavablandırıblar.
Hikmət Əliyev