Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sərtləşdirilmiş karantin rejimi dövründə karantin qaydalarının pozulmasına münasibət bildirib.
Bu barədə K.Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində danışıb:
“Təsəvvür edin, 4 şəhər və 1 rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq olunursa, bu 5 inzibati ərazidə təxminən 6 milyon əhali yaşayır və 6 milyon əhaliyə də yalnız polis nəzarət edir. Burada artıq söhbət insanların özünün, yaxınlarının, doğmalarının sağlamlığından gedirdi. Hər kəs bu qadağaya ciddi yanaşmalı idilər. Təkcə məsuliyyətdən qorxduğuna görə yox. Ən azından hökumətin atdığı addım insanların sağlamlığının qorunmasından ötrü atılan addım idi. Sərt karantinin tətbiq edilməsində hökumətin başqa nə məqsədi ola bilərdi? Nəyə görə insanlar 2 gün evdən çölə çıxmasın. Aydın məsələdir, bu sağlamlığın qorunmasından ötrü atılan addım idi. Əhalinin 99 faizindən çoxu bu qadağaya əməl etdi. Əfsuslar olsun ki, qayda pozuntusuna yol verən intizamsız insanlar, sosial şəbəkələrdə şayiələrə uyan insanlar bu xəstəliyin ciddiliyini nəzərə almadılar. O çıxanlar da həmin insanlar idi. 6 milyonluq əhalinin yaşadığı ərazidə cəmi 4800 nəfər məsuliyyətə cəlb olunub. Bu heç 0,1% etmir. Fəaliyyət göstərən 10 obyekt aşkar olundu.
Tehsil-press.az