Məşhur yazıçı-satirik koronavirusdan öldü

Məşhur yazıçı-satirik koronavirusdan öldü Məşhur rusiyalı yazıçı-satirik Anatoli Truşkin 78 yaşında vəfat edib.
Truşkinin ölümünə səbəb koronavirusun törətdiyi fəsadlar olub. Xəstəlik bir aya yaxın idi ki, davam edirdi və ağır formada keçirdi. Bir müddət o, süni tənəffüs aparatına qoşulu idi.
Zatravkinin sözlərinə görə, Truşkin epidemiya zamanı özünütəcrid qaydalarına əməl edirdi, lakin mayın əvvəlində virusa yoluxdu. O qeyd edib ki, satirik bir neçə gün tibb kömək üçün müraciət etməyib. Truşkinin həyat yoldaşı Natalya koronavirusdan evdə müalicə olunub, satirikin özü isə reanimasiyaya düşüb.
Qeyd edək ki, Anatoli Truşkin – Sovet və rus ədəbiyyatçısı, redaktor və ssenarist, həmçinin televiziyada yumoristik proqramların daimi iştirakçısı idi. 1992 və 2010-cu illərdə “Literaturnaya qazeta”nın “Qızıl dana” mükafatına layiq görülmüşdü. Truşkinin əsərləri Yefim Şifrin, Mixail Yevdokimov, Yan Arlazorov, Klara Novikova, Vladimir Vinokur və digər estrada artistlərinin repertuarına daxil idi.

Tehsil-press.az

Oxşar xəbərlər