Tramp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı

Tramp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı ABŞ hakimiyyəti Şimali Koreyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.
Belə ki, ABŞ Prezidenti Donald Tramp 2008-ci ildə tətbiq edilmiş sanksiyaların müddətinin daha bir uzadılması barədə Fərman imzalayıb.
Ağ Evdə dəqiqləşdiriblər ki, məhdudlaşdırıcı tədbirlər silahlarda istifadə edilə bilən “parçalanan maddələrin” yayılma riskinin mövcudluğu səbəbindən uzadılıb.
Fərmanda bildirilir ki, bu texnologiya “milli təhlükəsizlik üçün fövqəladə və müstəsna təhlükə yaradır”, həmçinin ABŞ-ın xarici siyasət və iqtisadiyyatına da.

Tehsil-press.az

Oxşar xəbərlər