Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər Hər il böyük rus şairi Aleksandr Puşkinin doğum günü - 6 iyun dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur. Bu münasibətlə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyası birgə vebinar keçiriblər. Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislərin və müəllimlərin iştirak etdiyi beynəlxalq onlayn tədbirə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Murad Alxaslı və Elmir Alxaslı qatılıblar. Şagirdlər A.Puşkinin şeirlərini rus dilində əzbər səsləndiriblər.
Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri təşəkkürnamələrlə təltif ediblər.

Tehsil-press.az


Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər

Oxşar xəbərlər