Bakı Slavyan Universitetinin (BSU) Məzunlarının təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov A.S.Puşkin medalı ilə təltif olunub.
Azərbaycanlı alimə medalı Bakı Slavyan Universitetinin akt zalında təntənəli şəraitdə Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (MAPRAL) baş katibi Natalya Brunova təqdim edib.
MAPRAL-ın prezidenti, Rusiya Federasiyası Prezidentinin müşaviri, Rusiya Federasiyası Prezidenti yanında Rus Dili Şurasının sədri Vladimir Tolstoy bu münasibətlə alimi təbrik edib.
Yaşar Alxasov rus dilinin, eləcə də rus dili vasitəsilə xarici ölkələrdə rus ədəbiyyatı və mədəniyyətinin yayılmasına böyük töhfə verdiyinə görə A.S.Puşkin medalına layiq görülüb.
Qeyd edək ki, Yaşar Alxasov 200-dən artıq elmi əsərin müəllifidir. Ukraynada işlədiyi illər ərzində ilk dəfə “Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası”, “Mühasibat uçotu və audit: ukraynaca-rusca-ingiliscə-azərbaycanca terminoloji lüğət” (Ukrayna Təhsil və Elm Nazirliyinin qrifi ilə) əsərləri işıq üzü görüb. O, 2002-ci ildə Pekində “XXI əsr rus dilinin yeni sözlər və mənaları lüğəti” (cinli həmkarları ilə birlikdə) nəşr olunan yeganə azərbaycanlı alimdir. Onun 2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Bakıda “Azərbaycanca-rusca ərəb mənşəli eyniköklü sözlər lüğəti” nəşr edilib. Yaşar Alxasov respublikada tətbiq edilən rus dili kurikulumunun, rus dili üzrə dövlət təhsil standartlarının, həmçinin Azərbaycan üçün rus dili üzrə ali məktəb proqram və dərsliklərin müəlliflərindən biridir.

BSU-nun Mətbuat Xidməti