Avstraliya hakimiyyəti 2021-ci ilə qədər turistlər üçün sərhədləri açmağı planlaşdırmır.
Avstraliya pandemiyanın öhdəsindən uğurla gəlib, lakin hələ ki, risk etməyə və xarici səyahətçilər üçün sərhədləri açmağa tələsmir.
Yaşıl kontinentin Turizm naziri Saymon Birminqem bildirib ki, beynəlxalq turizmlə bağlı qadağa, çox güman, 2021-ci ilədək davam edəcək.
İstisnalar əcnəbi tələbələr və ölkədə müvəqqəti yaşayış icazəsi olanlar üçün edilə bilər. Onlar iki həftəlik karantindən keçməli olacaqlar.
Qeyd edək ki, Avstraliyada 7 391 (son sutkada 21) nəfərdə koronavirus aşkarlanıb. Onlardan 102-si vəfat edib, 6 877-si sağalıb. Ölkədə 412 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-si ağır vəziyyətdədir.
Tehsil-press.az