Rayonlarda koronavirusla bağlı vəziyyət necədir?

Rayonlarda koronavirusla bağlı vəziyyət necədir? TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.
Bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.
Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.
Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər