Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə “İqtisadi və sosial inkişaf” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçirilib. UNEC-in 90 illik yubileyinə həsr olunan tədbirdə dünyanın elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Konfransın məqsədi dayanıqlı inkişafın sosial-iqtisadi problemləri ilə bağlı müzakirələr aparmaq, qlobal çağırışlar kontekstində ali təhsil sistemini təhlil etməkdən ibarət olub.
Konfransın açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov COVID-19 pandemiyasının yaratdığı problemlərin dünya iqtisadiyyatının inkişafına mənfi təsirindən danışıb. Rektor gələcəyin iqtisadiyyatında yeni enerji siyasətlərinin ortaya çıxmasının, asan və keyfiyyətli rabitə sistemlərinin, eləcə də rəqəmsal şirkətlərin sürətli inkişafının qaçılmaz olduğunu qeyd edib, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrini əhatə edəcəyini vurğulayıb. Ə.Muradov pandemiyanın ali təhsil sektorunda da köklü dəyişikliklərin əsasını qoyduğunu, baş verən proseslər fonunda distant təhsilin daha adekvat təhsil sistemi kimi özünü təsdiqlədiyini diqqətə çatdırıb. O, beynəlxalq konfransda davamlı inkişafla bağlı daha dərin elmi baxışların ortaya qoyulacağına əminliyini ifadə edib.
Sosial və İqtisadi İnkişaf qurumunun təşkilat komitəsinin prezidenti Domagoj Cingula beynəlxalq konfransın artıq ikinci dəfədir ki, UNEC-lə birgə keçirildiyini diqqətə çatdırıb. O, əməkdaşlığın uğurla davam etdiriləcəyini bildirib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkədə intellektual kapitalın və kadr potensialının inkişafında UNEC-in mühüm rol oynadığını bildirib. O, bu ali məktəbin dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları çərçivəsində kadr hazırlığını Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfə kimi dəyərləndirib. T.Mirkişili iqtisadi qanunvericiliyin möhkəmləndirilməsi istiqamətində rəhbərlik etdiyi komitə ilə UNEC arasında əməkdaşlığın vacibliyini bildirib.
Təhsil nazirinin müavini İdris İsayev konfransın əhəmiyyətini vurğulayaraq, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərindən söz açıb. O, UNEC-in son dövrdəki fəaliyyətində mühüm yüksəlişlər əldə olunduğu diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada və ölkədə baş verən iqtisadi proseslərdən bəhs edib. Azərbaycan dövlətinin yeni çağırışlara çevik cavab verdiyini, pandemiya və postpandemiya dövrü üçün tədbirlər planının qəbul edildiyini söyləyib. Davamlı inkişafın təmin olunmasında yüksəkixtisaslı kadrlara tələbatın daha da artdığını deyən nazir müavini UNEC-in bu vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
Sonra Zaqreb Universitetinin professoru Marijan Cingula dünyadakı texnoloji inkişafdan, eləcə də iqtisadi və siyasi proseslərin elm və təhsil sahəsinə təsirindən danışıb.
UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Bir kəmər, bir yol”: meqalayihənin həyata keçirilməsində Azərbaycanın iştirakı” mövzusunda çıxış edib.
Konfrans işini plenar iclaslarla davam etdirib.
Qeyd edək ki, beynəlxalq konfransa dünyanın 20-dən çox ölkəsindən 386 elmi məqalə təqdim olunub. Məqalələr "Web of Science" bazasına daxil olan jurnallarda dərc ediləcək.
Tehsil-press.az