AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer ilə görüş keçirilib.
Leoni Şaferin Azərbaycana səfərinin əsas məqsədi İnformasiya Texnologiyaları İnstitutunun GEANT-ın GN4-3, eləcə də bir sıra digər layihələrinə qoşulmasına dəstək göstərilməsi və” EapConnect” layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün prioritet və problemləri müzakirə etməkdir.
Qonağa rəhbərlik etdiyi institut haqqında məlumat verən akademik Rasim Əliquliyev qurumun AMEA-da fəaliyyət göstərən gənc institutlardan olduğunu deyib. Akademik institutda Big Data analitika, kibertəhlükəsizlik, Data mining, elektron tibb, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər istiqamətlərdə tədqiqatlar aparıldığını, əldə olunan elmi nailiyyətlərin informasiya cəmiyyətinin formalaşmasında tətbiq olunduğunu diqqətə çatdırıb. O, institutun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini vurğulayıb.
Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə məhz bu institutda həyata keçirildiyini deyən Rasim Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik “AzScienceNet” şəbəkəsinin xidmətləri barədə məlumat verib. Şəbəkənin GEANT Assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğulayan Rasim Əliquliyevin sözlərinə görə, “AzScienceNet” və “AzEduNet” arasında inteqrasiyanın təmin olunması nəticəsində AMEA ilə yanaşı, Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin alim və mütəxəssislərinin, doktorant və dissertantlarının da GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılıb.
İnstitutun direktoru, həmçinin qurumun Tədris-İnnovasiya Mərkəzi barədə məlumat verib, mərkəzdə İKT üzrə biliklərin tədrisinin həyata keçirildiyini vurğulayıb.
Görüşün sonunda Leoni Şafer institutda yaradılmış innovativ şəraiti, xüsusilə də “AzScienceNet” şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib. Qonaq Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradıldığını qeyd edərək birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını deyib, ölkəmizi GEANT-ın layihələrində daha yaxından iştirak etməyə səsləyib.
Sonra qonaq institutun Elmi Tədqiqatlar, Tədris-İnnovasiya, Distant Tədris və Elektron Kitabxana mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, internet-kafe, eləcə də “AzScienceNet” şəbəkəsi və onun Data Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olub.
Daha sonra institutun mütəxəssislərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Leoni Şafer GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair təqdimatla çıxış edib.
Məruzəçi ümumilikdə 10 min institutun və 50 milyon akademik istifadəçinin qoşulduğu GEANT Assosiasiyasının Avropa İttifaqının maliyyələşdirdiyi layihələrdə iştiraka dəstək verdiyini, tədqiqatçılar arasında əməkdaşlığı dəstəklədiyini, Pan-Avropa infrastrukturunu idarə etdiyini və çoxsaylı tədqiqat xidmətləri göstərdiyini nəzərə çatdırıb: “GEANT tədqiqat, təhsil və innovativ cəmiyyətləri bir araya gətirir. Onun xidmət sahələrinə şəbəkə əsaslı, təhlükəsizlik, yaddaş və buludlar, real zamanda qarşılıqlı əlaqə və peşəkar xidmətlər, fəaliyyət sahələrinə isə fiziki elmlər, ətraf-mühit, enerji, sağlamlıq, qida, sosial elmlər və e-infrastrukturlar daxildir”.
Leoni Şafer GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə danışıb, bu layihələrin dünyanın 42 ölkəsində 39 tərəfdaş təşkilatının olduğunu vurğulayıb.
Məruzəçi GEANT-ın perfsonar, eduPERT, GEANT CERT kimi yüksək performanslı şəbəkələşmə xidmətlərini dəstəklədiyini vurğulayıb. O, həmçinin “Eduroam”, “inAcademia”, “eduTEAMS”, “EduGAİN”, AARC xidmətləri haqqında ətraflı məlumat verib.
Leoni Şafer “Eduroam Managed IdP” xidmətini diqqətə çatdıraraq bu xidmətin “Eduroam”ın dəstəklənməsi imkanına malik olmayan kiçik institutlar üçün nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu sistem istifadəçi hesablarının yaradılması üçün veb-əsaslı istifadəçi-idarəetmə interfeysidir.
Çıxışının sonunda məruzəçi GEANT-ın təşkil etdiyi “TNC19” konfransının iyunun 16-20-də Estoniyanın paytaxtı Tallinn şəhərində keçiriləcəyini deyib, institut əməkdaşlarını bu konfransda iştirak etməyə dəvət edib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az