Bakı Dövlət Universitetində onlayn yay imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində onlayn yay imtahan sessiyası davam edir Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
İyunun 24-də bakalavriat pilləsində təhsil alan 89 qrup üzrə 2137 (145 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində 59 ixtisaslaşmada 32 fənn üzrə 193 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 259 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. İmtahanda iştirak edən tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər