BDU-da onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub

BDU-da onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub.
Bakalavriat pilləsində təhsil alan 207 qrup üzrə 4389 (328 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 87 ixtisaslaşmada 71 fənn üzrə 282 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
BDU-da yay semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.
Bu günə qədər BDU-da bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahan verib.

Tehsil-press.az


Oxşar xəbərlər