Bakı Dövlət Universitetində 2941 tələbə onlayn imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində 2941 tələbə onlayn imtahanlarda iştirak edib Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
Onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 146 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 126 qrup üzrə 2763 (40 nəfəri “SABAH” qrupları olmaqla), magistratura səviyyəsində isə 43 ixtisaslaşmada 20 fənn üzrə 178 magistrant imtahan verib. Universitetin Qazax filialında isə 297 tələbə imtahanlarda iştirak edib.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə bütün texniki tədbirlər işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. “Microsoft Teams” platformasında şifahi formada keçirilən imtahanlar elektron yaddaşa yazılır. İmtahanda təqdim edilən biletlər 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir.
Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər. Sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər