Bakı Dövlət Universitetində bakalavriat pilləsi üzrə 2060 tələbə onlayn imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində bakalavriat pilləsi üzrə 2060 tələbə onlayn imtahanlarda iştirak edib Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası davam edir.
Bakalavriat pilləsində təhsil alan 86 qrup üzrə 2060 (93 nəfəri “SABAH” qrupları olmaqla) tələbə onlayn imtahanlarda iştirak edib. Magistratura pilləsində 59 ixtisaslaşmada 32 fənn üzrə 193 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 384 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər