Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası davam edir Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyası davam edir.
İyunun 10-da bakalavriat pilləsində təhsil alan 131 qrup üzrə 2759 (52 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 46 ixtisaslaşmada 34 fənn üzrə 167 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Onlayn qaydada və şifahi formada keçirilən imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər