Azərbaycan Dillər Universitetində (ADU) Elmi şuranın növbəti iclası onlayn keçirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla iclası açaraq son günlər işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, xaincəsinə təxribat törətdiyini, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirildiyini və qarşı tərəfin ağır itki verdiyini qeyd edib. Rektor vurğulayıb ki, Azərbaycan əsgəri qanı bahasına, canı bahasına ölkəmizi düşməndən qoruyur. Əminik ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz bundan sonra da düşmənin layiqli cəzasını verəcək və ölkəmiz tezliklə öz ərazi bütövlüyünü təmin edəcək. Biz ordumuzun yanındayıq!.
Sonra şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna da müsbət təsir göstərdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas prioritetlərindən biri kadr potensialının səriştə baxımından gücləndirilməsidir. Hazırda Təhsil naziri Ceyhun Bayramovun 2020-ci il 13 may tarixli əmri ilə ali təhsilin bakalavriat səviyyəsinin təhsil ixtisasları xarici dil müəllimliyi (dillər üzrə) və humanitar və sosial ixtisasları üzrə təhsil proqramları hazırlanmaqdadır. Bu proqramlar ali təhsil pilləsinin tələbəyönümlü olmasını, müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verməsini qarşımıza məqsəd qoyur. Tələbələrin bu istiqamətdə hazırlığını və mobilliyini təmin etmək üçün ixtisas fənn blokunda bu tələblərə cavab verən fənlərin tədrisi zərurəti yaranır. 2020-ci ilin təhsil proqramında xarici dil müəllimliyi (dillər üzrə) ixtisasında köklü dəyişiklik müşahidə olunur. Bu da Azərbaycanda təhsilin keyfiyyət göstəricisinin artması üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvininq layihəsinin uğur qazanmasının nəticəsidir.
ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov isə çıxışında ali təhsil ocağının magistratura pilləsinə qəbul olan bakalavrların sayının bu il əvvəlki illərlə müqayisədə artdığını deyib.
Qeyd edib ki, 2018/2019-cu tədris ilində ADU-da magistr səviyyəsi üzrə qəbul 71 faiz, 2019/2020–ci tədris ilində 74 faiz olubsa, 2020/2021-ci tədris ilində 84,2 faizdir.
Onlayn iclasda Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri Fatma Qurbanzadə ADU-da 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının ilkin yekunları haqqında, Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova isə dövlət attestasiya kоmissiyаlаrının işi hаqqındа məlumаt veriblər.
Sonda Təhsil 2 fakültəsi nəzdində Xarici dil kafedrasının professoru Fikrət Aslanovun və Filologiya fakültəsi nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Qorxmaz Quliyevin məsləhətçi professor vəzifəsinə təyin olması haqqında qərar qəbul olunub.
Tehsil-press.az