Bakı Dövlət Universitetində (BDU) Elmi şuranın 2019/2020-ci tədris ili üzrə son iclası keçirilib.
İclası açan rektor Elçin Babayev iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirmək cəhdini Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin nəticəsi kimi qiymətləndirib. Həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor 2020-ci ilin birinci yarısında universitetin əldə etdiyi əsas elmi nailiyyətlər, Tələbə Nəzarət Qrupunun sessiya dövründə fəaliyyəti, karantin müddətində həyata keçirilən sosial tədbirlər, onlayn konfrans, ustad dərsləri, elmi seminarlar, Mədəniyyət yaradıcılıq mərkəzi və Psixoloji yardım sektorunun fəaliyyəti, əməkdaşların virtual elmi tədbirlərdə iştirakı, doktorant və dissertantlarının attestasiyası, “Gənc İstedadlar” liseyinə qəbul haqqında ətraflı məlumat verib.
E.Babayev onlayn dərs və imtahanların təşkilində və idarə olunmasında fəal iştirak edən struktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə rəhbərlik adından təşəkkürünü bildirib.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. Bildirib ki, məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15 min 820 (14 min 543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü "SABAH" qruplarından olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahan verib, BDU-nun Qazax filialında isə imtahanlarda 1223 nəfər tələbə iştirak edib. Sessiya ərzində filialda 333 imtahan keçirilib. 4340 tələbə ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun qiymətləndirilib, 508 tələbə buraxılış işini müdafiə edib.
Sonra Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov hesabat verib. Qeyd edib ki, tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib. Sessiya müddətində komissiyanın qaynar xəttinə 153 müraciət daxil olub,
onların əksəriyyəti tələbələrin xeyrinə həll edilib.
İclasda növbəti tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.
Elmi şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Tehsil-press.az