Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, iclasın gündəliyinə yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında, ADPU-da 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu il pedaqoji təhsilə dair nəticələr ürəkaçandır. Bu nəticələr Təhsil Nazirliyinin son günlər keçirdiyi iki tədbirdə də xüsusi vurğulanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu yaxınlarda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsinin 5 ili tamam olacaq. Bu müddət ərzində məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib, uşaqların vaxtında məktəbə getmələri nizama salınıb, məktəbə qəbul elektron qeydiyyat vasitəsilə aparılıb. Ali təhsil müəssisələrinə qəbulda müsbət dinamika müşahidə edilib. Bu müsbət dinamika özünü həm kəmiyyət, həm də keyfiyyət baxımından göstərir. Cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzu artıb. Müəllim peşəsinə marağın artmasında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi, onların əməkhaqlarının artırılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin işə qəbulunda şəffaflığın və obyektivliyin təmin edilməsi böyük rol oynayıb. 2018-2019-cu tədris ilində ali məktəblərə 41 min nəfər tələbə qəbul olunub. 500-dən yüksək bal toplayan 2090 nəfər gənc müəllimlik peşəsini seçib. ADPU-ya bu il filiallarla birlikdə 566 nəfər gənc 500-dən çox bal toplayaraq qəbul olunub. Cari tədris ilində 500-dən çox bal toplayan 129 gənc ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçib. Filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq təhsil almaq üçün ADPU-nu seçib. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinin prioritetləri müəyyən edilib. Yeni tədris ilində yeni qəbul qaydaları tətbiq ediləcək, xarici dillərin öyrənilməsinə, şagirdlərin dərs yükünün yüngünləşməsinə, onların hərtərəfli inkişafına, istedadlı şagirdlərin üzə çıxarılmasına, vətənpərvərlik və vətəndaşlıq hislərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin mənalı və məzmunlu təşkil edilməsinə, sağlam həyat tərzinə, təhsilin keyfiyyətinə nəzarətə xüsusi önəm veriləcək. Eyni zamanda ali təhsil müəssisələrinin ölkədaxili inteqrasiyası,
Boloniya sisteminin prinsiplərinə düzgün əməl edilməsi, tyutor xidməti, ingilisdilli proqramlar diqqət mərkəzində saxlanılacaq.
Biz fəaliyyətimizi bu müsbət dinamika əsasında qurmalı, təhsil xidmətlərimizi müasir əmək bazarının sürətlə dəyişən və artan tələblərinə uyğun şəkildə təşkil etməliyik. Məqsədimiz ADPU-nun müasir beynəlxalq tələblərə cavab verən ali təhsil müəssisəsi olmasıdır.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat verib. Dosent E.Aslanov bildirib ki, imtahan sessiyasının keçirilməsi barədə müvafiq əmr imzalanıb. 2017-2018-ci tədrs ilində universitetdə bütün aralıq qiymətləndirmələr, semestr və dövlət imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçirilib və vahid mərkəzdən idarə olunub. Semestr və həmçinin dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə mərkəzin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər təşkilatçı, o cümlədən 100 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan Qrupu yaradılıb və bütün imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib.
Bütövlükdə imtahan sessiyası şəffaf və obyektiv keçirilib, vaxtında yekunlaşıb. Apelyasiya Komissiyasına və İmtahan Qərargahına edilən müraciətlər çevik şəkildə, qanun çərçivəsində araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Dosent E.Aslanovun hesabat məruzəsində ADPU və filiallarında, həmçinin ADPU-nun nəzdində ADPK-də yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri konkret rəqəmlər əsasında öz əksini tapıb.
Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.
Sənəd Qəbulu Komissiyası üzrə məsul şəxs, professor İbrahim Bayramov ADPU-ya 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında məlumat verib. Qeyd edib ki, ADPU-ya ali təhsilin bakalavriatura səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə Azərbaycan bölməsinə 2035, rus bölməsinə isə 190 yer olmaqla 2225 plan yeri ayrılıb. Bu, ötən tədris ilinin qəbul planından 25 nəfər çoxdur. 2018-2019-cu tədris ilində bakalavriat səviyyəsində Azərbaycan bölməsinə 2013 nəfər, rus bölməsinə 153 nəfər tələbə olmaqla 2166 nəfər tələbə qəbul olunub. Bu da qəbul planının 97,3 faizini təşkil edir. ADPU-ya qəbul olunan 2166 nəfər tələbənin 936 nəfərini dövlət sifarişi əsasında, 1230 nəfərini isə ödənişli əsaslarla qəbul olunanlar təşkul edir.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil əsasında 7 ixtisas üzrə 699 nəfər tələbə, 11 illik təhsil əsasında 6 ixtisas üzrə 452 nəfər tələbə qəbul olunub. Ümumilikdə ADPK-yə 1151 nəfər tələbə qəbul olunub.
Son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər, bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunu gerçəkləşdirib. Bu da 5 ildə təxminən 27 dəfə, 1 il ərzində isə 2 dəfə artım deməkdir. Builki tədris ilində 11 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər qəbul olunub. Onlardan 106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı 86,6% olub.
Məlumat üçün onu da qeyd edək ki, bu il ADPU-nun SABAH qruplarına 2 ixtisas – “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 25 nəfər tələbə, “Riyaziyyat və informatika müəllimliy” ixtisası üzrə isə 20 nəfər tələbə qəbul olunub.
ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 189 nəfər, Quba Filialına 6 ixtisas üzrə 181 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 133 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 118 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 121 nəfər qəbul olunub. Filiallara 742 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar, SABAH qrupları və kolleclə birlikdə 4104 nəfər tələbə qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal toplayıb.
Elmi Şura professor İ. Bayramovun hesabatını qəbul edib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev cari məsələləri, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın iclasında qəbul edilən qərarları, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov reytinq qiymətləndirilməsi ilə bağlı görülən işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıblar. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi