Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul aparılır

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul aparılır Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir.
Aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə təhsil almaq istəyən şəxslər link vasitəsilə (https://bit.ly/2O03Ngo) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.
Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcək.
Xatırladaq ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə müraciət edərək, 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər